• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb işçilərinə “Müharibə veteranı” statusunun verilməsi üçün sənədlər hazırlanır

Tibb işçilərinə “Müharibə veteranı” statusunun verilməsi üçün sənədlər hazırlanır
05.03.2022 16:53
Vətən müharibəsində iştirak edən tibb işçilərinə "Müharibə veteranı” statusunun verilməsi üçün sənədlər hazırlanır.
 
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Həmin müddətdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə veteranı adının verilməsi məqsədilə lazımi məlumatlar toplanılır:
 
"Agentlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verib.
 
Sözügedən Sərəncamdan irəli gələrək Vətən müharibəsi dövründə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə veteranı adının verilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən lazımi məlumatlar toplanılır. TƏBİB siyahını Agentliyə təqdim etdikdən sonra sözügedən şəxslərə müharibə veteranı statusunun verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq”.
 
Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol