Müharibə Əlillərinə Kömək Birliyi Niderlanddakı Azərbaycanlılar ilə görüşüb

6 mart 2022-ci il tarixində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Avropada yaşayan Azərbaycanlıları ilə görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Fikrət Axundov, Niderland parlamentinin millət vəkili Tunahan Kuzu, Diaspor təşkilatı rəhbərləri, ictimaiyyət nümayəndələri və həmvətənlilərimiz iştirak etdilər.
Görüş zamanı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin qərarına əsasən 44 günlük Vətən Müharibəsində və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi xidmətlərinə görə diaspora fəalları təltif edildi.
Bundan əlavə "Benilüks" Azərbaycanlıları Konqresi tərəfindən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyətinin üzvlərinədə təşkilat tərəfindən fəxri fərman təqdim edildi.

www.anews.az

Qeyd etmək istəyirik ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti fevralın 28-dən Avropada işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən müxtəlif görüşlər və tədbirlər keçirilmişdir. Görüşlər martın 8-nə qədər davam edəcəkdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib