İctimai fəal azadlığa buraxıldı

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə təqsirləndirilərək həbs edilən hüquqşünas və ictimai fəal İlham Aslanoğlu (Təhməzov) azadlığa buraxılıb. Bu barədə Şəki Apelyasiya Məhkəməsi qərar çıxarıb.
Aslanoğlu "Tərtər işi” üzrə hərbçilərə və mülkü şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.
Cari ilin yanvarın 28-də Yevlax rayon Məhkəməsi İlham Aslanoğlunu 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.
İş üzrə xüsusi ittihamçı 44 günlük müharibədə həlak olan Vasif Quliyevin atası Tahir Quliyev olub.
Onun iddiasına görə, İlham Aslanoğlunun sosial şəbəkələrdə 2017-ci ildə "Tərtər işi” üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə Vasif Quliyevin əli olması barədə bəyanatı səbəb olub. Apellyasiya instansiyasında xüsusi ittihamçı şikayətini geri götürüb.
İlham Aslanoğlu bildirib ki, o, insan hüquqları sahəsində fəaliyyətini davam etdirəcək.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























