• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu

Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu
07.03.2022 15:42
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla bağlı məhkəmə qərarı dəyişdirilib.

"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun bank hesabındakı pullar müsadirə edilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məhkəmədə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək V.Mahmudova məxsus "Kapital bank” hesabında olan pul vəsaitlərinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə hökm çıxarılıb.
 
 Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilsə də, ittiham olunduğu bir sıra maddələr üzrə ona cəza təyin olunmamışdı. Belə ki, məhkəmə hədə-qorxu ilə tələb etmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə ona bəraət vermişdi. Vəzifə saxtakarlığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün isə ona cəza təyin olunmamışdı. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılmışdı.
 
Vüqar Mahmudov MTN-in polkovnik leytenantı olub. Onun adına "Kapital Bank” Sabunçu filialında 127 min manat, həyat yoldaşının adına isə 1,2 milyon manata yaxın vəsait olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol