• $
  • €
  • ₽
  • ₺
  • £

TRT-AzTV əməkdaşlığında önəmli addım

TRT-AzTV əməkdaşlığında önəmli addım
07.03.2022 16:58
TRT-AzTV əməkdaşlığında daha bir önəmli addım atılıb.
 
 "Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TRT-nin bir qrup aparıcı mütəxəssisi bu gündən etibarən AzTV-də təlimlərə başlayır.
 
14 gün davam edəcək təlimlər TV-nin müxtəlif sahələrini əhatə edəcək. 
 
Xəbər müxbirləri, operatorlar, rejissorlar, redaktorlar, PR və sosial media mütəxəssislərinin keçəcəyi təlimlər həm də təcrübə mübadiləsi əsasında baş tutacaq. 
 
Bu münasibətlə bu gün QSC-də görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, QSC-nin sədri Rövşən Məmmədov və TRT-nin rəhbər müavini Fethi Fahri Kaya, həmçinin QSC əməkdaşları iştirak ediblər.
 
R.Məmmədov əvvəlcə AzTV-TRT əməkdaşlığından danışaraq qeyd edib ki, hər iki kanalın bir məqsədi var: "Daim qabağa getmək, daim irəliləmək. Bu yolda TRT bizimlə bərabərdir. Niyə məhz TRT? Çünki TRT doğma Türkiyəmizin əsas media platformasıdır. TRT Türkiyə mediasının anası olmaqla yanaşı, reytinqdə birincidir. Vaxtilə reytinq sıralarında axırıncı yerlərdə idi, lakin son illərdə əldə etdiyi nəticələr göz önündədir. Reytinqdə ön sıralardadır. AzTV-nin xətti TRT-yə uyğundur. Hər iki kanal eyni ideoloji işi aparır. Eyni amalı daşıyır. 
Əslində, bu gün başlanan tədris prosesi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Bu başlanğıcdır. Çox böyük işlərimiz, nəticələrimiz olacaq”. 
 
R.Məmmədov əlavə edib ki, təlimlər sadəcə auditoriya dərslərindən ibarət olmayacaq: "Aparıcılar aparıclarla, operatorlar operatorlarla, digər mütəxəssislər isə öz sahələrinə aid əməkdaşlarla vaxt keçirəcək. İki həftə ərzində dəyərli həmkarlarımız sanki AzTV-nin əməkdaşı olacaq. Hər iki tərəf bu görüşdən mütləq şəkildə yararlanmalıdır”.
 
Sədr onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda AzTV-də çalışan müxbir heyəti Türkiyəyə - TRT-yə göndəriləcək: "Onları orada çalışdırmaq fikrindəyik. Bir sözlə, bu iş birliyinin çox böyük nəticələri olacaq. Uzun müddət iki kanal arasında yalnız sözdə olan fikirlər, bu gün praktiki olaraq həyata keçirilir”. 
 
Səfir Cahit Bağçı isə Türkiyə mediasının İkinci Qarabağ müharibəsindəki fəaliyyətinə diqqət çəkib:
 
"Türkiyə hər mənada Azərbaycanın yanında oldu, bu ölkənin həqiqətlərini dünya Türkiyə mediası vasitəsilə eşitdi. Hər sahədə iş birliyimiz inkişaf edir, edəcək. Media sahəsində də iş birliyimizi gücləndirmək məcburiyyətindəyik. Bizim bizdən başqa dostumuz yoxdur. Bunun ən yaxşı nümunəsi Şuşa Bəyannaməsidir”. 
 
Səfir Azərbaycan-Türkiyə mütəxəssislərinin iş birliklərini təcrübə mübadiləsi ilə inkişaf etdirə biləcəyini vurğulayıb.
 
TRT-nin rəhbər müavini Fethi Fahri Kaya isə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: "İş birliyimiz hər zaman davam edəcək. AzTV-də bir həftəlik tədris proqramı nəzərdə tutmuşduq, lakin artırdıq. Əməkdaşlığımızın uğurlu olacağına inanıram”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol