• $
  • €
  • ₽
  • ₺
  • £

Umayra Tağıyeva: "Hava sabah axşam dəyişiləcək"

Umayra Tağıyeva: "Hava sabah axşam dəyişiləcək"
08.03.2022 11:44
Bakıda və Abşeron yarımadasında son 20 ildə martın 8-də müsbət temperatur qeyd olunub, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta müşahidə olunub,bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ən isti bayram günü isə 2002-ci ildə olub ki, bu zaman maksimum temperatur 27.3 dərəcəyə çatıb: "Adətən günəşli və dəyişkən buludlu havalar üstünlük təşkil edib. Yalnız 8 ildə hava yağışlı keçib və ən çox yağış 2016-cı ildə 8 mm yağıb. Qadınlarımızı bir qədər məyus edən əksər hallar havanın küləkli keçməsi olur. Amma nə etmək olar, Bakı küləklər şəhəridir. Bölgələrimizə gəldikdə ən minimum temperatur 2013-cü ildə müşahidə edilib. Gəncə-Qazax zonasında həmin gün hətta 11.5 dərəcə şaxta qeyd olunub. Dağlıq və dağətəyi zonalarda qar yağması və hətta qar örtüyünün yaranması halları belə nadir hadisə olmayıb. Məsələn, Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb".

Umraya Tağıyeva qeyd edib ki, bunlarla yanaşı bəzən 8 martda yay havası müşahidə edilən illər belə olub: "2002-ci ildə Gəncə Qazax bölgəsində havanın maksimum temperaturu 29.9, Mərkəzi Aran zonasında 26.9 dərəcəyədək yüksəlib. Keçmişə qısa bir ekskursiya etdik. Bu ilin 8 mart tarixində hava şəraiti qadınlarımız kimi qözəl, mülayim olacaq. Sabah axşam isə dəyişiləcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol