MN-nin sabiq idarə rəisinin şikayəti TƏMİN EDİLMƏDİ

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bununla bağlı qərar Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Mahir Şirvanova Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham elan edib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Mahir Şirvanov İkinci Qarabağ Müharibəsindən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























