• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb
09.03.2022 13:31
2021-ci ild' Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.
 
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına görə, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlarin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsiri tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 267 təqdimat verilib.

Qeyd edilib ki, həmin təqdimatlar əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. Habelə, qanun pozuntularından çəkindirmək məqsədilə 51 halda vəzifəli şəxslərə və vətəndaşlara rəsmi xəbərdarlıq edilib.

Bununla yanaşı, baxılan müraciətlər üzrə aparılan araşdırmalar və cinayət işlərinin istintaqı zamanı müvafiq şəxslərin əməllərində inzibati xəta əlamətləri aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə asasən hüquqi qiymət verilməsi məqsədilə toplanılan 16 material aidiyyəti üzrə baxılmast üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilib.

Müvafiq dövr ərzində Baş İdarədə 210 vətəndaşın qəbul edilməsi təmin edilib. Bunlardan 63-ü Baş İdarə rəisi, 73-ü Baş İdarə rəisinin müavinləri, idarə və ya rəisləri, 74-ü isə növbətçi prokurorlar tərəfindən qəbul olunub.(report.az)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol