51 aptekdə nöqsan aşkarlanıb

2021-ci ildə Azərbaycanda nöqsanlar aşkarlanan 51 aptekə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.
Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.
Qeyd olunub ki, ötən il ərzində 124 əczaçılıq müəssisəsində plan üzrə və plandankənar nəzarət yoxlamasının aparılmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlar alınıb. Keçirilən nəzarət yoxlamaları nəticəsində dövlət qeydiyyatı və sertifikatı olmayan 230 adda 1 108 qutu dərman vasitələri apteklərin məsul şəxslərinin imzalı razılığı ilə saxlanca götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























