• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə Azərbaycanda 42 xəstəyə böyrək köçürülüb

2021-ci ildə Azərbaycanda 42 xəstəyə böyrək köçürülüb
09.03.2022 19:00
2021-ci ildə şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı 24.3 min nəfər artaraq ümumilikdə 302 min nəfəri keçib.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Sənəddə bildirilir ki, onlardan 2 056 nəfəri 18 yaşadək olan uşaqlardır. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə keçən il 1 543 uşaq "Tresiba" insulini ilə təmin edilib. Hesabat ili ərzində xəstələr 10 min qlükometr aparatı, 406,6 min strip ilə təmin ediliblər.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicasi üçün respublikanın şəhər və rayonlarında fəaliyyət göstaran 44 hemodializ mərkəzində 3,6 min xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Onlardan 1138 nəfəri hesabat ili ərzində hemodializ seanslarına cəlb edilib.

Ötən il respublikada böyrək köçürülməsi əməliyyatı olunan 1000-dən artıq insan dövlət tərəfindən immunosupressorlarla pulsuz təmin olunur. Hesabat ili ərzində 42 xəstəyə böyrək köçürülüb ki, onlardan 14-ü H.Əliyev Fondunun, 1-i isə "YAŞAT" fondunun dəstəyi ilə həyata keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar koronavirus aşkarlanan 528 hemodializ xəstəsinin müalicəsini təmin etmək məqsədilə Bakı şəhərində "Azərsutikinti" xəstəxanasınin nəzdindəki hemodializ mərkəzində əlavə izolyasiya olunmuş dializ zalı, həmçinin regional olaraq Masallı, Qazax və Mingəçevirdə analoji şöbələr yaradılıb. Eləcə da Zığ modul xəstəxanasında və Yeni Klinikada stasionar müalicə alan xroniki böyrəkxəstələrinə dializ yardımı təşkil edilib. (report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol