Universitetlər Bakıdan kənara köçürüləcək?

Bakıda yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi məsələsi müzakira olunmur, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Azərbaycanda 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.
"Bakıda yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla bilər. Odur ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı yeni kampusların inşası məsələsi müzakira olunmur", deyə hesabatda bildirilib.
www.anews.az
Azərbaycanda 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyətdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























