• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb

İctimai fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb
09.03.2022 21:39
Etiraz etdiyi üçün saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıb,  bu barədə o, anews.az-a açıqlamasında bildirib.  

"BŞPİ-dən deyildi ki, sən Bəxtiyar Hacıyev olduğun üçün heç bir halda sənin şikayətlərin təmin olumayacaq,müraciətlərinə baxılmayacaq.Bu rəhbərliyin xüsusi tapşırığıdır", deyə Hacıyev söyləyib. 

Onun etiraz aksiyasını keçirməkdə məqsədi  Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarının onun müraciətlərinə etinasız yanaşması və şikayətlərini təmin etməməsi olub. 
 
Aqil Layıc anews-a açıqlamasında deyib ki, hüquq-mühafizə orqanlarına ünvanlanan müraciətlər araşdırılmır.
 
"Əksinə onun verdiyi şikayətlər ona qarşı çevrili və bu şikayətlərə baxılmadığı üçün heç bir nəticə əldə edilmir", vəkil söyləyib.

Bu gün, martın 9-da ictimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) inzibati binası qarşısında etiraz aksiyası keçirib. O, maşının şüşələrinə plakatlar yapışdırıb və avtomobilini nazirliyin önündə saxlayıb. Bir az sonra ictimai fəalı DİN əməkdaşları saxlayıb və o, Bakı Şəhər Baş Polis idarəsinə aparılıb.
 
DİN Mətbuat xidmətindən isə bildirilib ki,  Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.
 
"Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Bu səbəbdən polis əməkdaşları qapını açaraq həmin yanacağı maşından götürüblər", - DİN yaydığı açıqlamada bildirilir.
 
Hacıyev isə DİN-nin yaydığı bu bəyanatda deyilənlərin yalan olduğunu bildirib.

Səkinəxanım Məmmədova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol