Toylar üçün icazə alınmalıdır - Qərar dəyişdi

Toylarla bağlı "icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.
Toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.
www.anews.az
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış "icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























