• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda motosiklet və moped qəzaları durmadan artır, çıxış yolu nədir? - AÇIQLAMA

Bakıda motosiklet və moped qəzaları durmadan artır, çıxış yolu nədir? - AÇIQLAMA
09.03.2022 17:53
2021-ci il Azərbaycan a üzrə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 47 yol nəqliyyat qəzası baş verib. 13 nəfər ölüb,37 nəfər isə müəyyən bədən xəsarətləri alıb. 2022-ci ilin yanvar-fevralında isə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində  9 yol nəqliyyat hadisəsi baş verib,1 nəfər ölüb 8 nəfər xəsarət alıb. Bunu anews.az-ın sorğusuna Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru Toğrul Nəsirli cavab olaraq  bildirib.
 
"Mühərrikinin həcmi 50 kubmetrdən həcmi çox olmayan  nəqliyyat vasitəsi moped hesab edilir.  Bu nəqliyyat növünə dövlət qeydiyyat nişanı verilmir və bu qanunvericiliklə tənzimlənir. Azərbaycanda mopedlərdən ən çox kuryer işi ilə məşğul olan şəxslər istifadə edir və sürətli çatdırma edərkən yol hərəkət qaydalarını necə gəldi pozurlar. Nəticədə qəzalar baş verir”,  - Nəsirli deyib. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat  cərimə nəzərdə tutulub.

Deputat Hikmət Babaoğlunun fikrincə, moped və bu kimi digər kiçik nəqliyyat vasitələri bütün dünyada meqapolislərin probleminə çevrilir. 

"Mopedlərlə törədilən qəzaların sayının artması  dünyanın əksər ölkələrində  problemə çevrilib. Beynəlxalq təcrübəni öyrənməklə onların fəaliyyətini nizama salmaq lazımdır.  Həm də bu onların təhlükəsizliyi üçün də çox önəmlidir. Qanunvericilikdə bununla bağlı dəyişiklik etmək zərurəti yaranıb və gələcəkdə bununla bağlı tədbirlər görülə bilər”, -  deputat deyib.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, moped və motosikletlərin şəhər daxilində  hərəkətinini nizamlayan qanunlarda çoxlu  boşluq var. Bundan başqa ekspert yol polisinində moped və motosikletlərin hərəkətinin təhlükəsizliyi ilə bağlı çox az təbliğat işi görür. 

"Moped sürücülərindən sürücülük vəsiqəsi almaq tələb edilmədiyindən onlar bundan sui istifadə edir. Bu da  qəzaların baş verməsinə şərait yaradır. Bəzi mopedlərin mühərriki adi maşınları ötəcək qədər sürətlidir. Belə hallarda da onlar  radara düşmürlər, kameraya düşmür və  qaydanı rahat poza bilirlər. Bu məsələ ilə bağlı təbliğatı gücləndirmək, qanunvericiliyi isə təkmilləşdirmək lazımdır”, -  ekspert vurğulayıb.

Muradlı  hesab edir ki, bu istiqamətdə nə rayon yol polisi şöbələrində, nə də ümumi əhali arasında təbliğat aparılmır.

"Bizdə təbliğat deyəndə qırmızı işıqda keçməyin, kəməri bağlayın, sərxoş vəziyyətdə maşın sürməyin və.s fikirlər təkrarlanır. Türkiyədə təbliğat işi ilə ayrıca bir idarə məşğul olur. Azərbaycanda isə təbliğata vəsait ayrılmır, düz-əməlli sosial çarxlar hazırlanmır, posterlər yapışdırılmır, küçələrdə normal şüarlarla plakatlara rast gəlmirik. Köhnə təbliğat çarxlarının da dövrü keçib. Yol polisinin video çarxında cəkilən uşaq bəlkə də evlənib və özünün uşaqları var. Amma biz hələ də o çarxa baxırıq”, -  Elməddin Muradlı qeyd edib. 

2021 və 2022-ci ilin cari dövrü ərzində moped və motosikletlərin  iştirakı iləı baş verən qəzaların qarşısını almaq üçün aparılan təbliğat işi ilə bağlı yol polisinin 30-dan çox sujeti, 100 yaxın maarifləndirici radio verlişləri, mediada 10-dan çox xəbərdarlıq və açıq kontekstdə müraciəti, 6 sosial-analitik verlişdə müzakirələri, real qəza görüntülərinin sosial media seqmentlərində 10-larla paylaşımı , "bilmirsiz öyrədək” uşaqların dili ilə vidorolik formasında 10-a yaxın maarifləndirici çarxlar və s. yayımlanıb. Bunu anews.az-a açıqlmasında  Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. 

 "Biz bu problemin yaranma səbəblərini həlli yollarını və məsuliyyət hissini aşılayan xeyli informasiyanı əhaliyə çatdırmışıq . Bloqqerlərə müraciət etmişik . Amma dəstək görməmişik. Məqsəd cəmiyyəti narahat edən məsələlərə layiqli tövhə verməkdi", - Araz Əsgərli bildirib.
 
 
Gülnar Nazimqızı  



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol