• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqan Hacıyev təqaüdə göndərilir

Əfqan Hacıyev təqaüdə göndərilir
09.03.2022 20:00
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev 65 yaşı tamam olması ilə bağlı təqaüdə göndərilir.
 
Fevralın 11-dən etibarən Hacıyevin icraatına yeni iş verilmir. O, icraatında olan son cinayət işləri üzrə məhkəmə proseslərini yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətini başa vuracaq.
 
2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərən Əfqan Hacıyev ölkə gündəmində müzakirə olunan bir çox cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.
 
Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun və gündəmdə müzakirə olunan bir neçə məhkəmə proseslərinə sədrlik edib.
 
Əfqan Hacıyevin icraatında olan sonuncu işlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol