• $
  • €
  • ₽
  • ₺
  • £

Bakalavr və magistraturaya qəbul planında edilən yeniliklər

Bakalavr və magistraturaya qəbul planında edilən yeniliklər
01.05.2014 13:47
 Bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbul planında müəyyən yeniliklər nəzərdə tutulub.APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9% artırılıb. Onun sözlərinə görə, qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyanı tələbə qəbulu planı artırılıb. Nazirlik rəsmisi əlavə edib ki, özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. O qeyd edib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq: “Pedaqoji ixtisaslara qəbul yalnız özəl ali məktəblərdən 3-nə Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq”. C.Valehov qeyd edib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq. Digər yenilik isə orta ixtisas təhsil müəssisələrinə aiddir: Belə ki, son illərdə real tələbata əsaslanmadan artırılan qəbul yerlərinin sayı 15667 yerdə 11266 yerə qədər endirilib. Təxminən 4400 qəbul yeri azaldılıb. Qiyabi təhsil forması üzrə kolleclərə qəbul planı 4,1 dəfə azaldılıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları kolleclərin qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38% azaldılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol