• $
  • €
  • ₽
  • ₺
  • £

“20 illik arxivimi aparıblar” - Elçin Şıxlı

“20 illik arxivimi aparıblar” - Elçin Şıxlı
01.05.2014 13:44
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Rauf Mirqədirovun işi ilə bağlı onun əməkdaşlıq etdiyi “Ayna-Zerkalo” qəzetlərinin redaksiyasında axtarış aparıb. Qəzetin baş redaktoru Elçin Şıxlı deyib ki, bu axtarış Mirqədirovun həbsindən bir gün sonra aparılıb: “İki saata qədər axtarış olub. Mənim kompüterimin prosessorunu götürüblər. Həmin vaxt mən xəstə yatırdım, axtarış mənsiz aparılıb. Amma söz veriblər ki, qaytarsınlar. Mənim orda 20 illik arxivim var. Həmçinin işin də arxivi, İsmayıl Şıxlının da arxivi, mənim özümə aid elektron ünvanlar, əlaqələr də  ordadır. İsmayıl Şıxlının latın əlifbası ilə çap olunmamış hekayələri, əsərləri prosessorun içindədir”. E.Şıxlı qeyd edib ki, əgər qaytarmasalar, tələb edəcək. “Mənim hər-hansı əşyamın  müsadirə edilməsi üçün məni nədəsə ittiham etməlidirlər. Lakin deyirlər ki, bu iş üçün lazımdır. Mən Rauf Mirqədirovun işinin araşdırılıb həqiqətin üzə çıxarılması üçün hər şeyi etməyə hazıram. Onun günahsızlığı mənim üçün sual doğurmur. Əgər Rauf vətən xainidirsə, onda əhalinin hamısı vətən xainidir. Onun qədər Azərbaycanı istəyən, Dağlıq Qarabağla bağlı mövqeyini savadlı müdafiə edən ikinci jurnalist tanımıram. Onun günahsızlığının sübut olunması üçün əməkdaşlıq da etməyə hazıram, əlimdən gələn hər şeyi də”-deyə baş redaktor bildirib. /Publika.az/ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol