• $
  • €
  • ₽
  • ₺
  • £

Subaylar donor ola bilməyəcək - Azərbaycanda

Subaylar donor ola bilməyəcək - Azərbaycanda
01.05.2014 13:13
Azərbaycanda subay qadın və kişilər ekstrakorporal mayalanma zamanı istifadə edilən reproduktiv hüceyrələr üçün donor ola bilməzlər.Milli Məclisdən Trend-ə bildirilib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişilər və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.Nikahda olan şəxs yalnız arvadının, yaxud ərinin yazılı razılığı ilə donor olmalıdır. Bir şəxs yalnız beş ailə üçün donor ola bilər.Reproduktiv hüceyrələr üçün donorluq ödənişli və ya pulsuz əsaslarla donorun (donorların) yazılı məlumatlandırılmış könüllü razılığına əsasən həyata keçirilir.Qanun layihəsinə əsasən, on ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi dövlət büdcəsinin vəsaiti hesabına bir dəfə ödənişsiz həyata keçiriləcək. Süni mayalanma etdirmək istəyən sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.Qeyd edək ki, hazırda "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir.Xatırladaq ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsində "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol