• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Yaqublunun şikayəti təmin edilmədi

Tofiq Yaqublunun şikayəti təmin edilmədi
11.03.2022 13:45
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun  prokurorluq barədə verdiyi şikayəti  təmin edilməyib, bununla bağlı Bakının Səbail Rayon Məhkəməsi qərar qəbul edib. 
 
Yaqublu prokurorluğun onu polisin döyməsi faktı üzrə cinayət işi açmaqdan imtinası ilə bağlı şikayət vermişdi. 

Qərar Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilib.
 
Tofiq Yaqublu bildirib ki, məhkəmənin qərarını qəbul etmir və apellyasiya şikayəti verəcək.

"Məhkəmə də prokurluğun qərarını doğru saydı və o fikirdə oldu ki, mən özüm-özümü döymüşəm. Bu qərar sadəcə rəzalətdir. Adam məhkəmənin qərarını izah etməyə söz də tapmır", deyə Yaqublu vurğuladı.

Tofiq Yaqublunu 2021-ci ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında AXCP fəalı Saleh Rüstəmova dəstək aksiyasında polislər saxlayıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirib ki, onu polislər döyüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb. 

"Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilmişdir", deyə bildirilib.

Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə, Yaqublu özü-özünə xəsarət yetirib. Tofiq Yaqublu isə hesab edir ki, onun döyülməsi siyasi fəaliyyəti ilə bağlıdır.
 
Ləman Qasımova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol