• $
  • €
  • ₽
  • ₺
  • £

İki məktəb direktoru işdən qovuldu

İki məktəb direktoru işdən qovuldu
28.05.2020 21:48
Təhsil Nazirliyi tərəfindən orta məktəblərin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib ki, aparılan araşdırma nəticəsində məlum olub ki, Siyəzən rayon Təhsil Şöbəsinin müdirinə, şöbənin böyük məsləhətçisi və metodistinə töhmət verilib. Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktor müavinin şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru ciddi nöqsana yol verib. Belə ki, IX və XI sinif şagirdlərinin davamiyyəti aşağı olsa da, bu barədə jurnalda qeydiyyat aparılmayıb. İşçilərə qeyri-qanuni əməkhaqqı hesablandığına və digər bu kimi nöqsanlara yol verdiyinə görə məktəbin direktoru vəzifəsindən azad edilib. Laçın rayon Ağgöl kənd orta məktəbində aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərində ciddi səhvlərə yol verib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib. C. Valehov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərini bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol