• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəblərində monitorinqlər aparılacaq

Bakı məktəblərində monitorinqlər aparılacaq
11.03.2022 23:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin (TDM) hazırladığı Məktəbin İnkişaf Planı təqdim olunub.


İdarədən Modern.az-a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədova, TDM-in metodistləri, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 5 ümumi təhsil müəssisəsinin (45, 155, 201, 306 və 310 nömrəli) rəhbərləri iştirak ediblər.


BŞTİ-nin müdiri Mehriban Vəliyeva Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələrinin aparması, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələrin təşkil edilməsi təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması baxımından mühüm rol oynayır.


Görüşdə Məktəbin İnkişaf Planı hazırlanmış 5 ümumi təhsil müəssisəsində bu istiqamətdə fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib.


Təhsil müəssisələrinə təqdim olunan Məktəbin İnkişaf Planının bir il müddətində icra olunması nəzərdə tutulub. Məktəbin İnkişaf Planının həyata keçirilməsi prosesinin izlənilməsi məqsədilə məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq.


Növbəti 5 təhsil müəssisəsi üzrə də Məktəbin İnkişaf Planının hazırlanmasına başlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol