• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərar çıxardı

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərar çıxardı
11.03.2022 17:49
Avropa İnsan Hüquqları Məhkəməsi "Şentürk və digərləri Azərbaycana qarşı" işi üzrə qərar çıxarıb, bu barədə "aihmaz.org" saytı məlumat verib. 

Məhkəmənin qərarına görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) maddələr pozulub.

İş ərizəçilərin saxlanılması, həbsi və Azərbaycandan Türkiyəyə sürgün edilməsi ilə bağlı idi. Dörd ərizəçi Azərbaycanda Gülen hərəkatı ilə bağlı özəl məktəblərdə müəllim işləyirdi. Məhkəmə ərizəçilərin sürgün edilməsinin ekstradisiya adı altında həyata keçirildiyini, onların azadlıqdan məhrum edilməsinin isə milli və beynəlxalq hüququ pozduğunu müəyyən edib.

Ərizəçilər Taci Şentürk, İsa Özdemir, Ayhan Seferoğlu və Erdoğan Taylan Türkiyə vətəndaşlarıdır, onlar hazırda Türkiyədə həbsdədirlər. Bu şəxslər 1992-1995-ci illərdə Azərbaycana gəliblər, burada özəl məktəblərdə işləyiblər.

2017-ci ildə Türkiyə hakimiyyəti Azərbaycan hakimiyyətindən bu şəxsləri həbs etməyi və deportasiya etməyi xahiş edib, Azərbaycan hakimiyyəti bu xahişi təmin edib.

8 iyun 2017-ci il tarixində Azərbaycan hakimiyyəti Şentürkün nə ailəsinə, nə BMT Qaçqınlar üzrə Ali Komissarlığına xəbər vermədən onu Türkiyəyə deportasiya edib. 2018-ci ildə Özdemir, Seferoğlu və Taylan Türkiyəyə deportasiya olunub.

Dörd ərizəçi Ankaranın hərbi çevriliş cəhdində ittiham etdiyi Fetullah Gülen hərəkatına üzvlükdə ittiham edilərək həbs edilib.

Avropa Məhkəməsi ərizəçilərin hər birinə 9 min avro təzminat ödənilməsi barədə hökm çıxarıb.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol