IX sinif üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.
www.anews.az
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 16,17,23,24,30 aprel və 1 mayda keçiriləcək.
Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























