• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi iştirakçısına hökm oxunub

Vətən müharibəsi iştirakçısına hökm oxunub
14.03.2022 13:25
Samux rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Pərviz Xəlilova hökm oxunub və o, 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
 
İttiham aktına əsasən, hadisə 2021-ci il sentyabrın 6-da Samuxun Kolayır kəndində qeydə alınıb.
 
 1994-cü il təvəllüdlü P.Xəlilov həmkəndlisi, 2000-ci il təvəllüdlü Raqif Balakişiyevi şəxsi münasibətlər zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
 
Daha sonra P.Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini bildirib.
 
R.Balakişiyev isə dindirilərkən P.Xəlilovla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını söyləyib.
 
 P.Xəlilov Vətən müharibəsi ilə əlaqədar 2020-ci il sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinə çağrılıb, "N” saylı hərbi hissədə xidmət edib və həmin ilin dekabrın 31-də tərxis edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol