• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ildən əmlakın sığortası məcburi olacaq - RƏSMİ

Gələn ildən əmlakın sığortası məcburi olacaq - RƏSMİ
14.03.2022 15:01
2023-cu ilin yanvarından Azərbaycanda əmlakın icbari sığortasına başlanacaq, bu barədə anews.az-a İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib.
 
"Digər sığortalar kimi əmlak sığortası ilə bağlı  şəhadətnamələrin verilməsi elektronlaşdırılacaq. Elektron sistemə girməklə hansı əmlakın sığorta olunub olunmadığı bilinəcək. Prosesin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulub",  - Rəşad Əhmədov bildirib.
 
Azərbaycanda İcbari Sığorta Bürosunun nəzarətində 5  sığorta növü var. Bunlardan ikisi  tam elektronlaşıb. Digər üçünün elektronlaşması üzərində işlər aparılır. 2023-cü ilin başından isə Əmlakın və əmlak sahiblərinin mülki məsuliyyətinin icbari siğortası elektronlaşdırılacaq. 
 
"Qanunvericiliyə dəyişiliklər olunduqdan sonra sərnişinlərin icbari fərdi qəza sığortası qalır ki, hazırda bu sığortanövü  üzrə illik dövriyyə 2 milyon manat civarındadır",  -  Rəşad Əhmədov bildirib.
 
Onun sözlərinə görə, hazırda əmlak sığortası üzrə dövriyyə 80 milyon manata yaxın təşkil edir.  Amma bu rəqəmi 200 milyondan artıq etmək   potensialı var və büro bu işi hədəf götürüb. 
 
2020-ci ildən daşınmaz əmlakın icbari sığortası prosesinə başlanılsa da, sonradan bu iş icbari qaydada  baş tutmadı. Büro  qanunvericiliyə dəyişiliklər etdikdən və elektronlaşmanı bitirdikdən sonra prosesə yenidən start verməyi düşünür. 
 
Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. 
 
- Bakıda yerləşən mənzilləri 50 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək məbləğdə; 
 
- Gəncə, Sumqayıt və Naxçıvanda yerləşən mənzilləri 40 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə;

- digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə təmiant ala bilməsi mümkün idi.
 
Daşınmaz əmlakı sığorta etdirməyən fiziki şəxslər 30 manat, hüquqi şəxslər 200 manat, vəzifəli şəxslər isə 80 manat məbləğində cərimə ödəməli olacaq. 
 
Hal-hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir ki, bunlardan 1-i dövlət, digərləri isə özəl sığorta şirkətləridir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol