• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai müzakirə keçirilib

Azərbaycanda əmək hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai müzakirə keçirilib
14.03.2022 16:46
Bu gün ILRA - Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun təşkilatçılığı ilə "Azərbaycanda əmək hüquqlarının müdafiəsi" mövzusunda ictimai müzakirə keçirilib.
 
İctimai müzakirədə Sosial Hüquqların Araşdırılması İB-nin sədri, BDU-nun professoru, hüquq elmləri doktoru Mayis Əliyev, "İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud Hüseynov, ILRA-nın hüquqşünası Pərvanə Allahverdiyeva və ILRA-nın həmtəsisçisi Fərid Rustamzadə çıxış edib. Tədbirdə əmək hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər, həmkarlar ittifaqlarının və QHT-lərin işçilərin əmək hüquqlarının qorunmasında iştirakı, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi perspektivləri və o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə edilib.

30-dan çox hüquqşünas, tələbə və müxtəlif sahələrdən işçinin qatıldığı tədbir Caspian PlatForum-da jurnalist Vəfa Fərəcovanın moderatorluğu ilə keçirilib. Tədbirdə əmək hüquqları ilə bağlı iştirakçıların müxtəlif sualları cavablandırılıb.
 
ILRA-nın həmtəsisçisi Asif Oruclu bildirib ki, 2021-ci ildə yaradılmış Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Azərbaycanda işçilərə münasibətdə əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol