• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan silah idxalına görə dünyada 37-cidir, Ermənistan isə yoxdur - SIPRI/SİYAHI

Azərbaycan silah idxalına görə  dünyada 37-cidir, Ermənistan isə yoxdur - SIPRI/SİYAHI
14.03.2022 19:19
 Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) beynəlxalq silah transferləri barədə hesabatında deyilir.
 
Azərbaycanın silah idxalının 61%-i İsrailin, 22%-i Rusiyanın,  6,6%-i Belarusun payına düşür. 
 
Türkiyə isə silah idxalçıları siyahısında 17-ci yerdədir. Türkiyə silah idxalının 30%-i İtaliyanın, 22% -ABŞ, 21%-i isə İspaniyanın payına düşür. 
 
Azərbaycana ən çox silah satan İsrail isə silahı əsasən ABŞ-dan alır. Belə ki, İsrail silah idxalının 92%-i ABŞ-dan gəlir.  
 

 
Hesabat müəllifləri silah ixracatçılarının da siyahısını dərc edib. Bu siyahıya ABŞ  liderlik edir. Belə ki, silah ixracatında birinci yeri ABŞ tutur. Dünya üzrə silah ixracının 39% bu ölkənin payına düşür. 2-17-2021-ci ilədrə ABŞ silah ixracının əsas hissəsi Səudiyyə Ərəbistanının payına düşür.

Silah ixracında ikinci yeri Rusiya Federasiyası tutur. Dünyada silah ixracının 19%-i Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə 26% azalıb. Buna səbəb iki ölkəyə – Hindistan və Vyetnama silah izracının azalmasıdır. 

Fransa 11% ilə dünyada silah ixracına görə üçüncü yerdədir. 2012-2016 və 2017-2021-ci illər arası Fransa silah ixracını 59% artırıb.
bəyidir. 
 


Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. 2012-2016-cı illər arası ilə müqayisədə 2017-2021-ci illər aralığında  Çindən silah ixracı 31%, Almaniyadan isə 19% azalıb.
 
SİPRİ-ə görə, Azərbaycanlamüharibə vəziyyətində olan Ermənistan silahı Hindistan və İordaniyadan alır. Hindistanın silah ixracının 11%, İordanoyanın isə 10%-i Ermənistanın payına düşür. Hindistan isə Rusiyanın ən çox silah satdığı ölkədir. Belə ki, Rusiya silah ixracının 28% məhx Hindistanın payına düşür. 
 
SIPRI Arms Transfers məlumat bazası ziddiyyətli informasiya verməyən yeganə əlçatan informasiya mənbəyidir. Burada 1950-ci ildən bu yana bütün dövlətlərin, beynəlxlaq t.şşkilatların, qeyri hökumət qruplarının həyata keçirdiyi silah ixracı və idxalı ilə bağlı məlumatlarla tanış olmaq olar. 
 
SİPRİ  ancaq  silah ixracı və idxalı ilə bağlı həcmlər barədə məlumatlar verir, sövdələşmələrin dəyəri bu hesabatlarda əksini tapmır.  Silah alqı-satqısı üzrə  rəqəmlər beş il üçün göstərilir. Bu da mövcud tendensiyaları düzgün dəyərləndirməyə imkan verir. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol