• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada həlak olan azərbaycanlı iş adamının bacısı danışdı– VİDEO

Ukraynada həlak olan azərbaycanlı iş adamının bacısı danışdı– VİDEO
14.03.2022 21:50
Ukraynada həlak olan soydaşımız, həyat yoldaşı və qaynanasının nəşi hələ də Xarkov vilayətinin  Çirkun kəndində yaşadıqları evin həyətində qalıb. Həmin ərazi təhlükəli olduğu üçün onların nəşini çıxarmaq mümkün deyil. Yaxınları deyirlər ki, onların 3 övladı da hadisə zamanı orada olublar. Həmin uşaqların hazırda harada olduğunu da öyrənmişik. 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində martın 5-də həlak olan həmyerlimiz Emin Mahmudov, onun həyat yoldaşı və qaynanasının nəşləri hələ də hadisə yerində qalıb. Bu barədə "XəzərXəbər”ə mərhumun bacısı Samirə Babayeva məlumat verib.O bildirir ki, qardaşıgil Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olublar. Hazırda həmin ərazilərə giriş təhlükəli olduğu üçün ailə üzvlərinin nəşi həyətlərində ortalıqda qalıb.Yaxınları onların nəşinin Azərbaycana gətirilməsini istəyirlər

Samirə Babayeva deyir ki, qardaşı uzun illərdir Ukraynada yaşayıb və oranın vətəndaşlığını qəbul edib. Ukraynalı xanımla ailə qurub və hazırda 3 övladı var. Hadisə baş verən zaman övladları da evdə olublar. Onların həyətinə 2 raket atılıb. 

Onlara bu barədə qardaşı uşaqları və qardaşıgilin ukraynadakı qonşuları məlumat verib. Emin Mahmudovun bacısı hazırda qardaşı uşaqlarının vəziyyəti barədə də danışıb.

Qeyd edək ki, Emin Mahmudov Lənkaranın Boladi kəndində dünyaya göz açıb. O Ukraynada təhsil alaraq orada yaşayıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol