Naxçıvanda süpürgəçilər həbs olunub - hüquq müdafiəçisi

Naxçıvan
Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi məhkəmə qərarı ilə inzibati
qaydada həbs olunub. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov Anews.az-a danışıb.
"Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi ağır iş rejimi və əmək haqlarının kəsilməsindən şikayət etmək üçün Ali Məclisin sədri Vasif Talıbovun qəbuluna gediblər. Bu müraciət onlara baha başa gəlib. Belə ki, şikayətçilər 15 sutka inzibati qaydada həbs olunublar. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kadrlar şöbəsi bu faktı təsdiqləyib", - Rüfət Səfərov deyib.
Rüfət
Səfərov deyir ki, vətəndaşlara qarşı atılan bu addım onların həm müraciət etmək, həm də ədalətli məhkəmə araşdırması hüququnu pozub.
"Vətəndaşların
müraciətlərinə baxılması haqqqında qanun"a görə, istənilən vətəndaşın ərizə, müraciət və şikayətlə dövlət idarəetmə orqanlarına müraciət etmə hüququ
var. Eyni zamanda qurama və saxta əsaslarla onların barəsində məhkəmə hökmü
çıxarılıb, bu da ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir".
Özünü növbətçi Abbasov deyə təqdim edən Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin əməkdaşı, 7 süpürgəçinin həbsi ilə bağlı məlumatın yalan olduğunu bildirib.
"Bu məlumat
yalan və əsassızdır. Süpürgəçilərin saxlanması ilə bağlı məlumat yoxdur və heç kim həbs
olunmayıb", - növbətçi Abbasov bildirib.
Səkinəxanım Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























