2021-ci il şəhid ailələrinə nə qədər ev verilib? - AÇIQLAMA
2021-ci il şəhid ailələrinə və sosial cəhətdən həsas olan ailələrə 3 mindən artıq mənzil verilib,bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə bu gün keçirlən iclas zamanı hesabat çıxışında bildirib.
"Qaçqın və Məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci il dövlət büdcəsindən 354 milyon manat vəsait ayrılıb. Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçularına 55 milyon manatdan çox sığorta ödənişləri edilib" baş nazir qeyd edib.
Əli Əsədovun təqdim etdiyi hesabata görə ipoteka, kredit zəmanəti fondu vəsaiti hesabına ipoteka kreditlərinin həcmi 2021-ci il 2 milyarda yaxın olub və 7 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasını təmin edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























