• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd vəkil Marina Ovsyannikovanı tapa bilmir - VİDEO

Dörd vəkil Marina Ovsyannikovanı tapa bilmir - VİDEO
15.03.2022 20:00
Marina Ovsyannikovanı  müdafiə etməyə hazır olan dörd vəkil - Anastasiya Kostanova, Daniil Berman, Dmitri Zaxvatov və Anri Tsiskarişvili jurnalisti hələ də harada saxlanması barədə məlumat ala bilməyiblər. 

Anastasiya Kostanova BBC-yə bildirib ki, o, Baza teleqram kanalından İstintaq Komitəsinin Ovsyannikovaya qarşı istintaq qabağı araşdırma apardığı barədə xəbəri oxuduqdan sonra  jurnalistin harada olduğunu öyrənmək üçün İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə gedib. 

Vəkilin sözlərinə görə, Ovsyannikovanın telefonu bütün bu müddət ərzində zənglərə cavab vermir.

"Mən və həmkarlarım bütün gecə Birinci Kanalın binasında saxlanılan jurnalisti axtarmışıq, lakin nə televiziya mərkəzində yerləşən polis bölməsi, nə də Ostankino polis idarəsi onun orada saxlandığını təsdiqləmədi və biz Ovsyannikova ilə görüşə bilmədik. Bu o deməkdir ki, onlar jurnalisti  vəkil tutmaq hüququndan məhrum etmək istəyir, ona qarşı maksimum  srt cinayət işi açmaq niyyətindədirlər",  - vəkil deyib. 

Vəkil hesab edir ki, jurnalisti  fyk xəbər yaymaqda qınayaraq 15 ilə qədər həbs cəzası kəsə bilərlər. 

Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində Rusiya prezidentinin Ukraynaya təcavüzünə etiraz olaraq əlində plakat tutan jurnalistin hərəkətini "xuliqanlıq” adlandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski isə bu hərəkətə görə Ovsyannikovaya öz şəxsi təşəkkürünü bildirib. 
 
Marina Ovsyannikova Rusiya prezidentinə etirazı ilə bağlı Youtube  kanalında da bəyanatını yerləşdirib.  
 


N.Təbrizli
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol