Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında martın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























