• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda şəhid hərbiçilərimiz yad edilib - FOTOLAR

Yasamal rayonunda şəhid hərbiçilərimiz yad edilib - FOTOLAR
16.03.2022 13:42
Bu gün Yasamal rayonu 286 nömrəli tam orta məktəbdə Azərbaycan silahlı qüvvələrinin şəhid hərbi qulluqçularının anım mərasimi keçirilib.Məktəbin həyətində  vətən uğrunda şəhid olmuş beş hərbçimizin xatirəsinə barelyefin açılışı olub.
 
Ucaldılmış barelyef üzərində şəhid Elşən Müslümov, Feyruz Hacılı,Nurlan Mustafayev,Şahin Ağayev və Mirzə Novruzovun  adları əks olunub. 
 
Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak etdilər. Daha sonra anım mərasimi məktəbin akt zalında davam etdi.
 
Tədbirdə çıxış edən natiqlər şəhidlik zirvəsinə ucalan şəhid hərbi qulluqçularımızın fədakarlığından və döyüş yolundan söhbət açdılar.Bildirildi ki, yad edilən şəhid hərbi qulluqçularımızdan dördü  Vətən müharibəsində, digəri isə Aprel döyüşlərində həlak olub.
 
Çıxış edənlər şəhidlərimizin həyat yolundan danışdılar, onları yeni nəsil üçün parlaq vətənpərvərlik örnəyi adlandırdılar.Sonda orta məktəbin şagirdlərdən ibarət yaradıcı heyət şəhidlərə həsr edilmiş bədii kompozisiya nümayiş etdirdi.




























www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol