Aeroport yolunda qəza - Yaralılar var - YENİLƏNİB

Bakının Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.
Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.
Bakının Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub.
"Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”, stansiyadan bildirilib.
******
Betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























