• $
  • €
  • ₽
  • ₺
  • £

Piylənməyə Nəzarət Təşəbbüsü tədqiqatı ilə bağlı təlim keçirilib

Piylənməyə Nəzarət Təşəbbüsü tədqiqatı ilə bağlı təlim keçirilib
16.03.2022 22:00
Martın 15-16-da Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı təlim keçirilib. Təlim Azərbaycanda aparılacaq bu tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq məqsədilə təşkil olunub.


İSİM-in direktoru Qəhrəman Haqverdiyev uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə ilk dəfə keçirildiyini bildirib.
 
"Mərkəzimiz tərəfindən son dövrlər aparılan sorğular göstərir ki, COVID-19 pandemiyası əhalinin, o cümlədən uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir edib. COSI tədqiqatı bu təsirlərin səviyyəsini, uşaqlar arasında artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu istiqamətdə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə imkan verəcək”, o əlavə edib.
 
Öz çıxışlarında ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov, ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams, COSI-nin Qazaxıstan üzrə baş tədqiqatçısı Şınar Abdrəhmanova və COSI-nin Azərbaycan üzrə baş tədqiqatçısı Nabil Seyidov tədqiqatın tarixi, məzmunu və məqsədi barədə ətraflı məlumat veriblər. Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü 2005-ci ildə yaranıb və bu sistemin məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə 2007-2008-ci ildə 12 ölkənin iştirakı ilə keçirilib və 268 min uşağın çəkisi ölçülüb. Tədqiqatın 2019-cu ildə keçirilən V raundunda isə 400 mindən çox uşağın çəkisi ölçülüb.

Azərbaycan COSI sisteminə 2020-ci ildə qoşulsa da, tədqiqatın aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.

Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə bu tədqiqatda iştirak edir. Hər iştirakçı öz ölkəsi üzrə 6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır.

COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə cari ilin aprel-mayında keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol