• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid fotoları maşınlara niyə vurulur?

Şəhid fotoları maşınlara niyə vurulur?
17.03.2022 16:17
Maşınların üzərinə reklam, şəkil və yazı yapışdıran şəxslər  dövlət yol polisindən icazə almalıdırlar. Bəzi şəxslər isə bundan ya xəbərsizdir, ya da bilərəkdən məsələyə etinasız yanaşırlar.  Bunu Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 
 
Bəs, görəsən, qanunla bu hal necə tənizmlənir?
  
Araz Əsgərlinin sözlərinə görə,  şəkillərin maşınlara vurulması reklam xarakteri daşıdığı üçün reklam haqqında müvafiq qanunlarla tənzimlənməlidir.
 
"Müəyyən olunan reklam haqqında qanun gözlənməlidir. Ümumi şəkillər, yazılar avtomobilin görüntü dairəsinə məhdudiyyət gətirməməlidir. Yazılan sözlər təhqiredici olmamalıdır" - polis mayoru bildirib.  
 
"Reklam haqqında " qanuna görə, Dövlət Yol Polisinin razılığı olmadan nəqliyyat vasitələrində reklam yerləşdirilməsinə, yaxud belə reklamın yerləşdirilməsi və yayılması qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə cərimə nəzərdə tutulur. Bu xətanın törədilməsində fiziki şəxs  təqsirli olduqda 30-50 manat, vəzifəli şəxs təqsirli olduqda 150-200 manat, hüquqi şəxs təqsirli olduqda isə 1500-2000 manat cərimə tətbiq olunur.
 
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, şəkil və yazılar vətəndaşların diqqətini yayındırır.
 
"Bu cür hallar qanunla tənzimlənməlidir.Bəzən bayağı fikirlər, qeyri-etik ifadələr yer alır. Reklam xarakterli yazıların isə qanunla nəzərdə tutulan rüsumları var. Belə hallar dünyanın nadir ölkələrində rast gəlinir. O da bizim sürücülərdən çıxıb. Hazırda şəhidlərin fotoları və qazilərin medalları daha çox şüşələrə yapışdırılır. Şəhid qədiri bilən, yapışqana verilən pulu balaca bir lövhəni məhəllədə bir yerə vursa, vaxtı vaxtında da ona qulluq etsə daha faydalı olar. Şəhidin şəklini maşınına vurub hoqqabazlıq və avtoxuliqanlıq edənlər də var.  Maşını saxlayanda isə  deyir ki, mən qaziyəm", - ekspert əlavə edib.
 
Onun fikrincə,  dövlət qazi və veteran statusunu şəkilləri  maşına yapışdırıb, hoqqa çıxarmaq üçün verməyib. "Bu çox həssas mövzudur. Polislər bunun üzərinə düşəndə bəzi qazilər oyun çıxarır", - ekspert əlavə edib.
 

Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol