• $
  • €
  • ₽
  • ₺
  • £

Sığınacaqda qalan 3 azyaşlı bacının faciəsi: “Elə bilirlər ki, anaları sağdır”

Sığınacaqda qalan 3 azyaşlı bacının faciəsi: “Elə bilirlər ki, anaları sağdır”
17.03.2022 14:33
Bir neçə gün öncə üç uşaq anası Ülviyyə Həsənovanın həyat yoldaşı Saməddin Həsənov tərəfindən qısqanclıq zəminində qətlə yetirilməsi barədə xəbər vermişdik.

Sosial şəbəkələrdə qətl hadisəsinin "Ümid yeri” adlı sığınacaqda baş verməsi ilə bağlı məlumat yayıldıqdan sonra Modern.az-ın əməkdaşı müəssisənin rəhbəri Nigar Mənsimova ilə əlaqə saxlayaraq informasiyanı dəqiqləşdirib.

Məlum olub ki, öldürülən qadın 3 övladı ilə birgə "Ümid yeri” adlı sığınacağa müraciət edib, sonra həyat yoldaşı ilə barışıb. Hadisə baş verən gün Ülviyyə Həsənova övladları ilə birgə həyat yoldaşının yanına qayıdacaqdı. Lakin o, naməlum səbəbdən həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla öldürülüb. Hadisə elə sığınacağın qarşısındakı küçədə baş verib.

Anasız qalan 3 uşağın aqibəti necə olacaq?

Nigar Mənsimova Modern.az-a açıqlamasında bildirib ki, uşaqlar hazırda sığınacaqdadır:

"Psixoloqlarımız onlarla söhbətlər aparır. Uşaqların vəziyyəti normaldır. Nəzarətimiz altındadırlar. Hələ ki uşaqların qohumlarından bizə müraciət daxil olmayıb. Onların da başı qarışıqdır, bir qədər vaxt keçdikdən sonra onlarla əlaqə yaradıb, uşaqların gələcək taleyi ilə bağlı məsləhətləşəcəyik. Çünki biz tək başımıza qərar verə bilmərik, uşaqların nənə-babaları da var. Onların da sözü vacibdir”.

Sığınacağın rəhbərinin sözlərinə görə, uşaqların məlum qətl hadisəsindən xəbərləri yoxdur:

"Uşaqlar ataları barədə yox, anaları haqqında maraqlanırlar. Biz də dedik ki, ananızın barmağı əzilib, həkimdədir”

Uşaqların hər üçü qızdır. Onlar 3, 9 və 10 yaşlarındadır.

Martın 13-də baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol