• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell tələbələr üçün yeni imkanlar açır

Azercell tələbələr üçün yeni imkanlar açır
17.03.2022 18:05
Şirkət növbəti əmək yarmarkalarında iştirak edib 

Ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan Azercell istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. 

Belə ki, "Azercell Telekom” MMC Qərbi Kaspi Universitetində keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsindən ibarətdir. 

"Azercell Telekom” MMC-nin gənclərin peşəkar kadr hazırlığına dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında "İBM Cybersecurity Analyst Professional Certificate” və "Google Data Analytics Professional Certificate” inkişaf proqramları çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur. Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak ediblər. 

Yarmarka çərçivəsində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin  mütəxəssisləri iş axtaran gəncləri maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar, iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi, tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında ətraflı məlumatı bölüşüblər. 

On beş ildən artıqdır ki, Azərbaycan universitetlərində təhsil alan istedadlı gənclər Azercell-in xüsusi Tələbə Təqaüdü ilə təltif olunur və  Təcrübə Proqramları çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən də faydalana bilirlər. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol