Daha bir DOST Mərkəzi açılacaq

"Yaxın aylarda, təxminən may ayında Bakının Xətai rayonunda 5 saylı DOST Mərkəzinin açılışı nəzərdə tutulur".
www.anews.az
Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ilin sonuna qədər isə Bərdə və Şuşa DOST Mərkəzinin açılışı da planlaşdırılıb.
Fərid Məmmədov vurğulayıb ki, mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlərin siyahısının da genişləndirilməsi planda var: "Hazırda həmin siyahılara yenidən baxılır".
Sədr həmçinin bildirib ki, bu ilin ötən dövrü ərzində mərkəzlərdə 140 minə yaxın vətəndaşa xidmət göstərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























