• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada whatsapp bloklana bilər

Rusiyada whatsapp bloklana bilər
18.03.2022 23:30
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
 
Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında "Megafon” və "Tele2” kimi telefon operatorlarından bildirilib ki, vatsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq "Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.
 
"Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə vatsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.
Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "Meta” şirkətinin vahid platforması olan vatsapı bloklayır. İlk növbədə "IPhone” istifadəçiləri bloklanır.
 
"Roskomnadzor” isə vatsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.
 
"Rusiya ərazisində vatsapın fəaliyyəti məhdudlaşdırılmayıb. "Roskomnadzor” servisin işindəki dayanmaları "Meta Platforms”un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun Mətbuat Xidmətindən bildiriblər.
 
Daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol