• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sərhədində qalan vətandaşlar- Azərbaycan bizə sahib çıxmır- VİDEO

Rusiya sərhədində qalan vətandaşlar- Azərbaycan bizə sahib çıxmır- VİDEO
18.03.2022 13:12
Rusiyanın müxtəlif vilayətlərindən olan azərbaycanlılar öz ölkələrinə qayıda bilmədiklərindən sərhəddə qalıblar. Onlar Rusiya ilə sərhəddən Azərbaycan keçmək istəyirlər, lakin sərhəd-keçid məntəqələrində onları buraxmırlar.
 
Bu barədə sərhəddə qalan azərbaycanlılar məlumat veriblər.
 
Həmyerlimiz Seyfullayev Elvin Namiq oğlu bildirir ki, Rusiya-Azərbaycan sərhədində təxminən 2500 nəfər azərbaycanlı var:
 
"Bir nəfər mən deyiləm, bəlkə, 2500 nəfər adam var burda. Biz hazırda Dərbənddəyik. Burda Rusiyanın hər bir regionundan gələn var. Ukraynadan gələnləri buraxırlar, bizi buraxmırlar. Mən 7 gündür buradayam. Elələri var, 10, 15 hətta 20 gündür buradadır. Çöllükdə qalırıq. Camaat gecə qarın altında yatır. Ocaq qalayıb yatır”.
 
Elvin Seyfullayevin sözlərinə görə bütün aidiyyəti qurumlara müraciət ediblər:
 
"Artıq müraciət etmədiyimiz yer yoxdur. Hər yer: səfirlik, Dərbənddəki bütün orqanlar, Azərbaycan XİN, Azərbaycan DİN bu barədə bilir. Bunlardan başqa orqan qalmayıb. Bir nəfər cənab Prezident qalıb. Prezidentin də yəqin, bundan xəbəri olacaq. Bizə heç bir şey demirlər. Axşam saat 12-1 radələri idi, Rusiya tərəfdən sərhədi keçdik. Azərbaycan tərəfi bizim qabağımıza çıxdı, hamımızı gei qaytardı. Deyirlər ki, Azərbaycana giriş üçün icazə yoxdur. Hər yerə zəng olunub. Heç bir xəbər yoxdur. Bu sualın bir cavabı var. Azərbaycan Respublikasının hökuməti öz millətinə yiyə durmur. Bunun başqa cavabı yoxdur”.
O qeyd edib ki, Azərbaycanlıların bəziləri Dərbənddəki sığınacaqda qalır:
 
"Bəzi azərbaycanlılar Dərbənddəki uşaq sığınacağında qalır. O, Sovet dövründən dağılmış 400 nəfərlik bir binadır. Hazırda həmin sığınacağın içində 1000 nəfər var. 400 nəfərə gətirilən ərzaq 1000 nəfər arasında bölünür. Mən özüm orada qalmıram. Orda necə qalım mən?! Xəstəlikdir, ikincisi də ki, ora buraxmırlar”.
 
Quru sərhədlərinin açılması və sözügedən problemin həlli ilə bağlı Azərbaycan Nazirlər Kabinetinə müraciət etdik. NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məsələ ilə ilə bağlı bildirdi ki, "müraciətlər dəqiqləşdirilir, məlumat veriləcək".(Yeniavaz.com)



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol