• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk

Azərbaycanda ilk
30.04.2014 19:21
Azərbaycanda ilk dəfə olaraq Müdafiə Nazirliyi tərəfindən sağlamlıq imkanı məhdud olan gənclər üçün simvolik hərbi xidmət təşkil olunub.APA-nın xəbərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunda yerləşən Reabilitasiya Mərkəzində ölkənin 20 rayonundan toplanmış sağlamlıq imkanı məhdud olan 29 gəncə hərbi forma geyindirilib.Həmin gənclər oradan Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə (TTM)  gətiriliblər. Hərbi hissi komandanlığı tərəfindən qarşılanan çağırışçılar burada silaha əl basaraq rəmzi olaraq hərbi and qəbul ediblər. Andiçmə mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani dünyanın müxtəlif ölkələrində əlil uşaqların bir günlük simvolik hərbi xidmət keçməsi təcrübəsinin mövcud olduğunu və Azərbaycanda da bunun ilk dəfə tətbiq olunduğunu bildirib. A. Qurbani müdafiə nazirinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb və qeyd edib ki, bundan sonra mütəmadi olaraq belə tədbirlərin keçirilməsi planlaşdırılır. Andiçmə mərasimindən sonra əsgərlər TTM-in atəş mərkəzində müxtəlif silahlardan atəş açıblar. Daha sonra onlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər. TTM-in tədris siniflərində olan gənclər burada zirehli texnikalar, radiotexniki qoşunlar, zenit artilleriyası və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində iştirak ediblər. Tank və piyadaların döyüş maşınlarının məşq qurğularında isə onlar zirehli texnikaları praktik olaraq idarə ediblər. Bir günlük əsgər həyatı yaşayan gənclərə rəmzi hərbi bilet və hədiyyələr təqdim olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə nazirliklərinin, Veteranlar Şurasının nümayəndələri iştirak edib. Qeyd edək ki, tədbirin təşkilində məqsəd sağlamlıq imkanı məhdud olan gənclərə simvolik əsgər həyatını yaşatmaq və onları hərbi xidmətlə tanış etməkdir.Analoji təcrübə Türkiyə, İran və bir sıra ölkələrdə mövcuddur. Türkiyədə hər il yüzlərlə sağlamlıq imkanı məhdud olan insan Silahlı Qüvvələrdə bir günlük hərbi xidmət keçirlər. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol