• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada dopler radar sistemi qurulacaq

Şuşada dopler radar sistemi qurulacaq
18.03.2022 15:34
Şuşa şəhərində dopler radar sistemi qurulacaq.
 
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantında deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə su ehtiyatları, çaylar ekoloji böhrana məruz qalıb.
 
Muxtar Babayev xüsusilə Oxçuçayın çirklənməyə məruz qaldığını diqqətə çatdırıb və əlavə edib ki, Oxçuçayla bağlı məsələ müxtəlif beynəlxalq təşkilatların qarşısında qaldırılıb.
 
Muxtar Babayev vurğulayıb ki, işğal dövründə hidrometeoroloji stansiyalar, ekoloji vəziyyəti müşahidə üçün bütün infrastruktur Ermənistan tərəfindən məhv edilib.
 
Nazir bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyat, resursların ağıllı və dayanıqlı istifadəsinə, su resurslarının idarəçiliyinə xüsusi diqqət ayırır, müasir standartlar tətbiq olunur.
 
"Azad olunmuş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə atıq təşəbbüs verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq”, - nazir qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol