Xarkovda yaralanan azərbaycanlı sürücü təxliyə olundu

Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası almışdı. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlayıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanmış və burada davam etdirilir.
Bu barədə Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğundan məlumat verilib.
Bildirilib ki, Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün, və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyə edilib.
Hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib