Azərbaycanda qeyri-sabit hava şəraiti martın 25-dək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti martın 25-dək davam edəcək.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm, Altıağacda 46 sm, Şahdağda 39 sm, Kişçay (Şəki) 32 sm, Şəki, Lerikdə 20 sm, Şamaxıda 18 sm, Qrızda 17 sm, Daşkəsəndə 15 sm, İsmayıllıda 11 sm, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10 sm, Yardımlıda 5 sm olub.
Külək: Qərb küləyi Gəncə, Tovuzda 24 m/s, Neftçala, Hacıqabul, Şəki, Ceyrançöldə 20 m/s, Culfa, Göyçayda 19 m/s, Şahbuz, Salyanda 18 m/s, Sabirabad, Ağdərədə (Ordubad) 17 m/s, Şirvan, Naxçıvanda 16 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























