• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən Novruza özəl kampaniya!

Azercell-dən Novruza özəl kampaniya!
19.03.2022 16:56
Novruz bayramı münasibətilə Azercell öz abunəçilərinə xoş əhval-ruhiyyəli hədiyyə hazırlayıb. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq şirkət internetdən çox istifadə edən, sürətli mobil internetə ehtiyacı olan abunəçiləri üçün bayram ərəfəsində Wi-Fi modeminin satışına xüsusi endirim tətbiq edir.
Novruz kampaniyası çərçivəsində Azercell Wi-Fi cihazı cəmi 99 AZN-ə təqdim edilir.

Hədiyyəli aksiya zamanı modemlə yanaşı, abunəçilərə 1 aylıq 30GB həmində internet də hədiyyə olunur. Bu güzəştli kampaniya 31 mart 2022-ci il tarixinə qədər davam edəcək.
Müasir dizayna malik Azercell Wi-Fi cihazı eyni anda 32-ə qədər qurğunun yüksəksürətli internetə qoşulmasına imkan yaradır. Bu universal modemin köməyilə yalnız smartfonlar deyil, kompüter, noutbuk, planşet, printer, hətta televizoru da şəbəkəyə qoşmaq olar. Bu da ailə üzvlərinin hər birinin öz zövqünə uyğun olaraq eyni anda rahatlıqla internetdən istifadəsini mümkün edir.

4G və 3G şəbəkələrini dəstəkləyən modem sayəsində 20 metrlik radiusda stabil internetə qoşulmaq mümkündür. Cihazla birgə "Data" tarifinə aid olan fakturasız xətt nömrəsi də təqdim olunur. Birinci ay bu nömrədə 30GB-lıq internet paketindən pulsuz yararlanmaq olar.

Kampaniya yalnız fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. Abunəçilər hədiyyə internet trafiki ilə yanaşı, digər aylıq internet paketlərindən də yararlana bilərlər.

Kampaniya çərçivəsində endirimli Wi-Fi cihazını istənilən Azercell diler mağazasından əldə etmək mümkündür. Qurğunun texniki parametrləri və kampaniyanın təfərrüatları ilə daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən əldə etmək olar: www.azercell.com
Azercell şirkəti hər il sevinc və bərəkətin rəmzi olan Novruz ərəfəsində abunəçilərini bir-birindən maraqlı və sərfəli kampaniyalarla sevindirir. Şirkətin bu ilki Novruz kampaniyası da Azercell abunəçilərinə yaxınları ilə daha çox ünsiyyətdə olmasına, bayram sevincini paylaşmasına imkan verəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol