• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi

“Nar” Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi
19.03.2022 17:36
"Nar" Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib.

Məqsəd, müharibə zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.

"Nar” Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir”, - deyə "Azerfon”un Baş icraçı direktoru Qunnar Panke deyib.
Xatırladaq ki, "Nar” 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə layihələr icra etməkdə davam edəcək. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol