• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram gününün havası ilə bağlı faktiki vəziyyət açıqlandı

Bayram gününün havası ilə bağlı faktiki vəziyyət açıqlandı
20.03.2022 11:42
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətinin martın 20-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib. Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 74 sm, Altıağac, Xaltan, Şahdağda 41 sm, Lerikdə 40 sm, Kişçayda (Şəki) 35 sm, Ağdərədə (Ordubad) 32 sm, Qrızda 24 sm, Daşkəsən, Qusarda 13 sm, Qubada 10 sm, Göygöldə 8 sm, Şahbuzda 6 sm, Şərurda 2 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 29 mm, Astarada 22 mm, Lerikdə 20 mm, Beyləqanda 17 mm, Göytəpədə 12 mm, Ağdərədə (Ordubad) 11 mm, Qusarda 10 mm, Qubada 7 mm, Ağdamda 6 mm, Xaçmaz, Xaltan, Şabran, Şahdağ, Qrızda 5 mm, Tərtər, Altıağac, Şahbuzda 4 mm, Salyan, Biləsuvar, Kişçay (Şəki), Balakəndə 2 mm, Naxçıvan, Şərur, Naftalan, Gəncə, Zaqatala, Şəki, Şamaxı, Bərdə, Yevlax, Neftçalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 2 mm,  Sumqayıtda 0.3 mm olub.

Qərb küləyinin sürəti Gəncədə 28 m/s, Hacıqabulda 24 m/s, Şamaxıda 23 m/s, Naftalanda 22 m/s, Ağstafa, Culfa, Neftçala, Sabirabad, Tovuzda 20 m/s, Şirvan, Ağdərə (Ordubad), Naxçıvan, Salyan, Cəfərxanda 18 m/s, Culfa, Biləsuvarda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-4 dərəcə isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 5 dərəcəyədək  isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-dək davam edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol