• $
  • €
  • ₽
  • ₺
  • £

Demokratiyanin və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi orta məktəbdə təlim keçirdi

Demokratiyanin və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi orta məktəbdə təlim keçirdi
30.04.2014 16:45
Bu gün Demokratiyanin və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “İnteraktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda 2-cü qrup üzrə 1-ci təlimini keçirdi.Təlimdə şagirdlərlə yanaşı onların valideynləri, DMDT-İB İdarə heyyətinin üzvü Cavid Əli oğlu və Məktəbin direktor müavini Abdurahmanova Sevil iştirak edirdi.Himnimizin səslənməsi ilə təlimə başlayan təlimçi Həbilova Rəmziyyə xanım iştirakçıları və valideynləri salamlayaraq ilk sözü təlimin rəhbəri Əli Cəfərova verdi. Əli bəy istirakçıları salamladıqdan sonra uşaqlara və valideynlərə təlimin əsas məqsədi barədə əhatəli məlumat verərək bildirdi ki, lahiyənin icrası Azərbaycan Respublikası Prezdenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.Sonra təlimçi Rəmziyyə müəllimə mövzu ilə əlaqədar şagirdlərlə məlumat mübadiləsi apardıqdan sonra təlimçiləri 4 qrupa (Şəhid, Vətən, 20 yanvar , Qərənfil) böldü. Beş nəfərdən ibarət olan qrup üzvləri özlərinə qrup lideri seçdilər. Təlimçi B.Vahabzadənin “Şəhidlər” şerini- İKT üsulu ilə tədrisinə başladı. Təlim zamanı inteqrativlik prinspindən istifadə edilərək fənn daxili və fənnlər arası inteqrasiyadan istifadə olundu. (Musiqi,Təsviri İncəsənət). Təlim zamanı şagirdlərə ayrılan vaxtdan səmərəli istifadə edən uşaqlar sonda öz işlərini sərbəst təqdim etdilər. Qrup liderləri öz nümayəndələri ilə birlikdə verilən suallara dəqiq cavab verdilər. Müasir təlim metodu ilə keçirilən təlimdə şagirdlər mövzunu sərbəst mənimsədilər, Şəhid, vətən sözlərini əlaqələndirdilər. Yekunda 171 saylı tam orta məktəbin direktor müavini Abdurahmanova Sevil tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi. Şagirdlərin vətən sevgisi ilə böyüməsi və tərbiyələnməsi Azərbaycan respublikasının yüksəlməsi və gələcəkli bir ümidlə addımlamasıdır deyə vurğulayan müəllimə belə təlimlərin dahada genişlənməsinin lazım olduğunu vurğuladı.....ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol