Azərbaycanda sərnişin daşımaları 40 %-ə yaxın artıb

Bu ilin yanvar-fevralında Azərbaycanın nəqliyyat sektorunda sərnişin daşınması isə ötən ildən 38,7 % çox olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2022-ci ilin iki ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 31,7 milyon ton yük daşıyıb. Yüklərin 2,9 %-i dəniz, 8 %-i dəmir yolu, 0,3 %-i hava, 55,3 %-i avtomobil nəqliyyatı, 33,5 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 % təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























